Bakıda naməlum şəxs küçədə qadına hücum etdi

Bakıda naməlum şəxs küçədə qadına hücum etdi
Hadisə 139

Bakıda qadın qarət olunub.

BAKU.WS Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, G.Şıxlinski küçəsində baş verib.

Bakı şəhər sakini Solmaz Abbasova "Movida Plaza" şadlıq sarayının yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs ona yaxınlaşaraq içərisində 40 manat pul olan portmanatı oğurlayıb.

Polisin keçirdiyi əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində portmanatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü R.Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər