Bakıda naməlum şəxs bankın qarşısında duran kişiyə hücum edib
24
dek
2021
09:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 62 yaşlı kişi hücuma məruz qalaraq ağır xəsarətlər alıb.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 1959-cu il təvəllüdlü İmanov Ellər İbrahim oğlu rayon ərazisində fəaliyyət göstərən bankların birinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. O, hadisə zamanı küt alətlə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üz, baş nahiyələrində çoxsaylı əziklər və kəsiklər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü
Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkə...