Bakıda minik maşını “KamAZ”la toqquşub, 5 nəfər xəsarət alıb - FOTO 

Bakıda minik maşını “KamAZ”la toqquşub, 5 nəfər xəsarət alıb - FOTO 
Foto
Hadisə 51

Bakı Dairəvi yolunda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan Əliyev Valeh Tarif oğlu idarə etdiyi “Hyundai”la qarşı tərəfdən gələn İmdad Yusifovun idarə etdiyi qoşqulu “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəzada 1967-ci il təvəllüdlü Əliyeva Svetlana Həsən qızı, 1978-ci il təvəllüdlü Əsgərova Pərvanə Rəhbər qızı, 1955-ci il təvəllüdlü Həsənova Mahizər Həsən qızı və onun 6 yaşlı nəvəsi Leyla Həsənova müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 6 yaşlı Leyla Həsənovanın və sürücü V.Əliyevin vəziyyəti ağırdır.

Qeyd edək ki, Bakı Dairəvi yolunun köməkçi şosesində qəza ilə əlaqədar olaraq hərəkət dayandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər