Bakıda məşhur super marketlər şəbəkəsinin sahibinin evinə silahlı basqın edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə silahlı basqın olub.
Evə girən şəxs əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirərək ondan pul tələb edib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu ev “Ballı market”lər şəbəkəsinin sahibinə məxsusdur.
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda evə silahlı basqın edildi - YARALANAN VAR
Bakıda evə basqın edərək vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə...