Bakıda “Mercedes” sürücüsü qəzaya səbəb oldu: Xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” markalı maşının sürücüsü dairədə hərəkətdə olan zaman nəqliyyat vasitəsi qəfil eyni istiqamətə daxil olan “Nissan” markalı maşına çırpılıb. Zərbənin gücündən “Nissan” yol kənarında quraşdırılan işıq dirəyinə çırpılaraq dayanıb.
Qəza zamanı bir nəfər xəsarət alıb.
Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Sürücülərin izahatları alınıb. Qəzada iştirak etmiş maşınlar cərimə meydançasına yerləşdirilib.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO
Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Na...