Bakıda mənzillərdən 22 min manatlıq oğurluq edən şəxs tutulub
27
sen
2021
17:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Binə qəsəbəsindəki evlərin birindən 7100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun Suraxanı rayonu ərazisindəki iki evdən 1950 manat pul və 13.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Oxşar xəbərlər
20 evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətmək...