Bakıda maşının qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində açıqlama verilib.
BAKU.WS-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov “avtosfer.az”a açıqlamasında bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə qaydaları pozaraq sürücünün qarşısını kəsib onu vuran Suraxanı rayon sakini 32-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.
“Şikayət edən sürücü də 32-ci polis bölməsinə dəvət edilərək hər iki tərəfin izahatları alınıb. Şikayətçinin vurulması iddiası ilə bağlı qərar qəbul olunaraq məhkəmə-tibb ekspertizası da təyin edilib.
Bu məsələ ilə bağlı yekun qərar məhkəmə tərəfindən veriləcək”, - deyə Vaqif Əsədov bildirib.
Qeyd edək ki, aprelin 26-da Bakıda daha bir sürücünün xuliqanlıq edərkən çəkilmiş görüntüsü yayılıb.
Həmin hadisənin görüntüsünü təqdim edirik:
Oxşar xəbərlər
İçkili yol polisinin özbaşınalıqlarI: "1100 manat ver..." - FOTO/VİDEO
Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər sakini Ramil Həziyevə məxsus maşını qanunsuz olaraq cərimələyiblər. BAKU.WS xəbər...