Bakıda kuryoz cinayət
Bakının Xəzər rayonunda yaşayan 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7 min manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.
Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün aparılmadığını əsas gətirərək, qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini söyləyib.
Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma aparılır.
Oxşar xəbərlər
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, D...