Bakıda kişini intim videoya çəkib şantaj edən 4 nəfər tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kişinin intim videosunu gizli çəkərək onu şantaj edən 4 nəfər tutulub.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, X.Qulamov (şərti ad) adlı vətəndaş Xəzər RPİ-yə müraciət edərək tanımadığı şəxslər tərəfindən hədələndiyini deyib.
O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə yaşayan zaman xəbəri olmadan videoları lentə alınıb.
Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi, onlara görüntülərin yayılmaması müqabilində 3000 manat pul verdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 1984-cü il təvəllüdlü Fəyaz Səlimov, 1986-cı il təvəllüdlü Əli Məmmədov və dəstənin daha 2 qadın üzvü saxlanılıblar.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? - CİNAYƏT İŞİ
Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib. “Teleqraf”...