Bakıda kişi oğurluq etdi, yaxalanmamaq üçün özünü öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında N.Nərimanov rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS Kriminalqafqaz-a istinadla xəbər verir ki, 39 yaşlı Xalid İsmayılov saat 05:20 radələrində Sabit Rəhman küçəsində yerləşən supermarketin qarşısında bıçaqla özünə çoxsaylı xəsarətlər yetirərək intihar edib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, X.İsmayılov həmin küçədəki supermarketin qarşısına yığılmış və ərzaq məhsulları üçün nəzərdə tutulmuş yeşikləri oğurlamaq istəyib. Bu zaman supermarketin mühafizəçiləri onu görüblər və yaxalamağa çalışıblar. Mühafizəçilər tərəfindən tutulacağını görən şəxs üzərindəki bıçağı çıxararaq özünə xəsarətlər yetirib. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Oxşar xəbərlər
"Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl
Şamaxı şəhərində 1980-ci il təvəllüdlü Xalid Əliyev həmyerlisi Samir Əhmədovu bıçaqlayaraq öldürüb. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, hadisə ötə...