Bakıda kişi borclu olduğu iki nəfər tərəfindən döyülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda xuliqanlıq hadisəsi olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, aprelin 5-də Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini K.Abdullayev həmin gün saat 23 radələrində qəsəbə ərazisində 80 manat borclu olduğu iki nəfərin onu döydüyünü, cibindən içərisində 80 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabını götürdüyünü bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əhmədov və N.Rəsulov müəyyən edilərək saxlanılıb.
Oxşar xəbərlər
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - 10 kq narkotik götürüldü
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları əməliyyat keçirib, külli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Baş N...