Bakıda keçmiş arvadı tərəfindən döyülən kişi ilə bağlı YENİ MƏLUMAT - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Qadının həyat yoldaşını döyüb xəsarət yetirməsi ilə əlaqədar araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-ə bildirib ki, 12 avqust 2023-cü il tarixində Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Mahmudov Beyrud Xurşud oğlunun Sabunçu RPİ-nin 12-ci PŞ-nə müraciəti daxil olub.
Həmin şəxs yaşadıqları evdə həyat yoldaşının ona boyun nahiyəsinə xəsarət yetirib boğmaq istəməsi barədə məlumat verib.
Faktla əlaqədar şöbədə təhqiqat araşdırmaları başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
***09:19
Bakının Sabunçu rayonunda keçmiş arvadı tərəfindən döyülən kişi xəstəxanaya yerləşdirilib.
Yeni Ramana qəsəbəsində boşanmış həyat yoladaşı ilə eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Mahmudov Beyrub Xurşud oğlu keçmiş həyat yoldaşı Mahmudova Ceyhunə İmdad qızı tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Qeyd edək ki, zərərçəkən hadisəni "Report"a təsdiqləyib.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...