Bakıda kafedə dava düşdü, bıçaqlanan var

Bakıda kafedə dava düşdü, bıçaqlanan var
Hadisə 70

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, kafedə müştəri olan 1987-ci il təvəllüdlü Musayev Ramil Bağı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər