Bakıda ikimərtəbəli yaşayış binasında yanğın – Əraziyə FHN qüvvələri cəlb olunub
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
***14:28
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata görə, Bakı şəhəri, Xətai rayonunda yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var
Sabirabadda yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində qeydə alınıb. Avtoqəzada bir nəfər ölüb,...