Bakıda iki qardaş birgə qətl törədiblər

Bakıda iki qardaş birgə qətl törədiblər
Hadisə 117

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetiririlərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Binəqədi rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

İstintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı şəhər prokurorluğu təkzib edir

Bakı şəhər prokurorluğu təkzib edir

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsul...

185 Hadisə 17:32 24 aprel 2020

Son xəbərlər