Bakıda gecə klubunda partlayışda yaralanan seneqallının vəziyyəti açıqlandı
26
apr
2022
14:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda cəmi bir nəfər müalicə alır.
BAKU.WS Report-a istinadla xəbər verir ki, həmin şəxs seneqallı qızdır.
Hazırda onun vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Məlumatı Report-a TƏBİB-dən də təsdiqləyiblər.
Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər vəfat edib.
Oxşar xəbərlər
Gecə klubundakı partlayışda yaralananlardan daha biri vəfat etdi - YENİLƏNİB - FOTO
Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib. TƏBİB-dən bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müali...