Bakıda evdə yanğın olub - YENİLƏNİB

Bakıda evdə yanğın olub - YENİLƏNİB
Hadisə 6

Bakı şəhərinin Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

***12:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər