Bakıda ət dükanında iyrənc mənzərə: Siçanlar aləmi bir-birinə qatdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ət kəsim məntəqəsində sanitar qaydalara riayət edilmədiyi iddia edilir.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə qeyd olunub.
Belə ki, vətəndaş iddia edir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən ət kəsimi məntəqəsində siçanlar gəzişir:
“Söhbət sözügedən ünvanda “Fəridə” şadlıq evi ilə üzbəüz yerləşən ət kəsimi məntəqəsindən gedir. İçəridə siçanlar gəzir. Ət kəsilən masanın üzərində və yerdə natəmizlikdir. Bu şəraitdə fəaliyyət göstərilməsi insanların sağlamlığı üçün ciddi təhdiddir”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, daxil olan müraciət Agentlik tərəfindən qeydə alınıb:
“Göndərilən materiallar müvafiq şöbəyə yönləndirilib. Aidiyyəti üzrə araşdırılma başlanıb. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək”.
Oxşar xəbərlər
15 yaşlı qızı evlənmək adı ilə Novxanıdakı evinə apardı, dəfələrlə əlaqəyə girdi - ŞOK TƏFƏRRÜAT
Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi ba...