Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın SAXLANILDI
Bakıda polis əməkdaşları tərəfindən 1950-ci il təvəllüdlü şəxsin müxtəlif ünvanlara aparılaraq dilənçiliyə sövq edildiyi müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla bu qanunsuz əməli törədən 1973-cü il təvəllüdlü Məlahət Bayramova müəyyən olunaraq saxlanılıb.
Məlum olub ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb. Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.
Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcəkdir.
Oxşar xəbərlər
Ələtdə körpə QIZDIRMADAN ÖLÜB
Bakıda körpə yüksək hərarətdən ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ələt qəsəbəsində 2025-ci il təvəllüdlü Əsnad Rəşad qızı Məmmədova evdə yüksək h...