Bakıda düzgün park edilməmiş avtomobil böyük narazılığa səbəb oldu - AÇIQLAMA - VİDEO
Bakıda düzgün park edilməyən avtomobil giriş-çıxışa mane olub.
Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə şikayət daxil olub. Görüntülərdə "Toyota" markalı nəqliyyat vasitəsinin küçəyə giriş-çıxışı kəsdiyi kadrlar əks olunub.
Şikayətçi qeyd edib ki, bu avtomobil küçəyə piyadalarla yanaşı, təcili yardım və digər operativ nəqliyyat vasitələrinin daxil olmasını da çətinləşdirir.
Məsələ isə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxladıq.
Qurum rəsmisi BAKU.WS açıqlamasında bu cür sürücülərə dəfələrlə müraciət edildiyini və onları qayda pozuntusundan çəkindirmək üçün profilaktiv söhbətlər aparıldığın deyib:
"Bununla bağlı biz dəfələrlə sürücülərə müraciət etmişik. Dayanma-durman tələbinin pozulması ilə bağlı yolu kəsmək sürücünün məsuliyyətsizliyidir. Bu barədə inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tədbir görüləcək. Həmin şəxsə protokol tərtib olunacaq".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...