Bakıda dönərdən zəhərlənən şəxslərin adları bilindi - SİYAHI

Bakıda dönərdən zəhərlənən şəxslərin adları bilindi - SİYAHI
Hadisə 1243

Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Zəhərlənənlərin siyahısı:

1. Bayramov Cavid2. Xəlilov Murad3. Fəttahova Tünzalə4. Əliyev Həmid5. Soltanov Səid6. Mirzəyev Rafiq7. Ömərov Qüdrət8. Soltanov Maqsud.

Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər