Bakıda doğum evinin yaxınlığındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakıda doğum evinin yaxınlığındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Hadisə 260

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla heç bir xəsarət qeydə alınmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

FHN-dən "Report"a verilən məlumata görə, baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***15:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Neftçi Qurban küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80 kvadratmetr sahədə taxta və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***15:18

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən "Report"a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.

Son xəbərlər