Bakıda dəhşətli qəzada maşın 3 hissəyə bölündü - ölənlər və yaralananlar var - VİDEO
Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Ziya Bünyadov prospektində “Tofaş” markalı avtomobil “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zərbənin gücündən “Tofaş” üç hissəyə ayrılıb, “Hyundai” isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi ilkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Oxşar xəbərlər
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI - Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş
Ötən ilin iyul ayında avtomobil qəzası nəticəsində iki övladını itirən Sabirabad rayonu Nərimankənd kəndinin sakini Usubova Məlahət Yəhya qızı və həyat yoldaşı...