Bakıda dayanacaqda qadını qətlə yetirmək istəyən şəxs oğlu imiş - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən günorta saatlarında Bakıdakı dayanacaqlardan birində bir nəfərin qadına bıçaq çəkməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən Şamil Şükürov zərərçəkmiş Elnarə Əliyevanın oğlu imiş.
Ancaq onun hansı səbəbdən anasını öldürmək istəməsi isə məlum deyil. Həmçinin Ş.Şükürov axtarışda olub.
Belə ki, bir qadın həyəcan və qorxu içərisində ərazidə olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşıb. Bu an qadının arxasınca qaçan Ş.Şükürov polisə yaxınlaşıb və ailə məsələsi olduğunu, polisin bu işə qarışmamasını bildirib. Ancaq polis əməkdaşı onu sakitləşdirərkən cibində bıçaq görüb və dərhal taksi ilə tərəfləri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparıb.
Qeyd edək ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindəki dayanacaqların birində baş verib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...