Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 6 nəfər təxliyə edilib
26
may
2024
10:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib.
Bu barədə FHN-dən bildirilib.
Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə,...