Bakıda dəhşətli hadisənin səbəbi bilindi - YENİLƏNİB-2/VİDEO

Bakıda dəhşətli hadisənin səbəbi bilindi - YENİLƏNİB-2/VİDEO
Video
Hadisə 2920

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında liftin qırılması ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, 17 mərtəbəli binanın 7-ci mərtəbəsində liftin trosu qırılıb.

Nəticədə beş qadın xəsarət alıb.

Məlum olub ki, lift qəzalı vəziyyətdədir və dörd nəfərdən artıq insanın istifadə etməsi qadağandır. Bu barədə hətta ərazidə yaşayanlara xəbərdarlıq olunub.

Sakinlərin sözlərinə görə, qadın qışqırıq səsləri eşidiblər və liftdə yeddi nəfərin olduğu məlum olub.

Ətraflı Baku TV-nin süjetində:

***18.56

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.

BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hadisə ilə bağlı bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

***18:03

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti yaşayış binasında lift trosunun qırılmasına münasibət bildirib.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının liftində texniki nasazlıq yaranması səbəbindən 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bununla əlaqədar olaraq, FHN-in xilasediciləri dərhal əraziyə cəlb olunub.

1 nəfər sakin xilas olunaraq Təcili tibbi yardım briqadasına təhvil verilib.

***17:40

Paytaxtda dəhşətli hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, hündürmərtəbəli yaşayış binalarından birində lift trosu qırılıb.

Nəticədə lift lift şaxtaya düşüb. Hadisə Ağa Nemətulla 79 ünvanında qeydə alınıb.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Bədbəxt hadisə zamanı bir çox insanın xəsarət aldığı qeyd edilib.

BAKU.WS sözügedən ərazidən görüntülər təqdim edir:

Son xəbərlər