Bakıda “cavan Qartal” 15 yaşlı qızı qaçırdı

Bakıda “cavan Qartal” 15 yaşlı qızı qaçırdı
Hadisə 4912
Paytaxtın Qaradağ rayonunun 15 yaşlı sakini yeniyetmə oğlan tərəfindən qaçırılıb.BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a rayon Polis İdarəsindən məlumat verilib. Oktyabrın 28-də 1981-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini R.Kazımov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bazar ertəsi, saat 00:20 radələrində 2004-cü il təvəllüdlü qohumu evlənmək məqsədilə Qartal adlı şəxs tərəfindən qaçırılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində 10-cu Polis Bölməsinin əməkdaşları yetkinlik yaşına çatmayan qızı qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Həmin şəxs 2002-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini Qartal Mirzəyev olub. Polislər qızı evinə qaytarıblar.Faktla bağlı araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda 15 yaşlı qız qaçırıldı

Azərbaycanda 15 yaşlı qız qaçırıldı

Azərbaycanda 15 yaşlı qız qaçırılıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib.Sentyabrın 8-də saat 11:00 r...

580 Hadisə 15:38 09 sentyabr 2019

Son xəbərlər