Bakıda binanın havalandırma şaxtasına düşən pişiyin xilas edilmə anı - VİDEO

16
okt
2023
23:54
Bakı şəhərinin Yasamal rayonu, Əsəd Əhmədov küçəsində binanın havalandırma şaxtasına düşən pişik orada köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, əvvəlcə, şaxtada qalan pişiyi bina sakinləri özləri çıxarmağa çalışsalar da buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Daxil olmuş məlumatla bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və binanın havalandırma şaxtasında qalan pişiyi xilas ediblər.
Oxşar xəbərlər
Bakıda binanın şaxtasına düşən pişiyi belə xilas etdilər - VİDEO
Bakı şəhərinin Xətai rayonu, Babək prospektində binanın havalandırma şaxtasında pişiyin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. BAKU.WS xəbər ver...