Bakıda avtomobili saxta nömrəylə idarə edən sürücü həbs olunub

Bakıda avtomobili saxta nömrəylə idarə edən sürücü həbs olunub
Foto
Hadisə 474

Bakıda polisin qanuni əmrinə tabe olmayan sürücü həbs edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Samux rayon sakini,1983-cü il təvəllüdlü Kamil Mirsayad oğlu Muradov idarə etdiyi "Khazar" markalı avtomobilin üzərinə Litva Respublikasına məxsus saxta dövlət qeydiyyatı nişanını təhkim edərək fevralın 1-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti qaydasını pozub.

Sürücü ərazidə xidmət aparan polis əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa başlayıb. Polis əməkdaşları sürücünü dayandırdıqdan sonra K.Muradov mübahisə etməyə başlayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, saxlanılan sürücü ərazi aidiyyəti üzrə 9-cu polis bölməsinə gətirilib və barəsində toplanılmış materiallar Səbail Rayon Məhkəməsinə göndərilib. K.Muradov fevralın 2-də məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib və nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ilədək məhdudlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələnib - FOTO

Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələnib - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin və ictimai asa...

2382 Hadisə 14:51 19 avqust 2017

Son xəbərlər