Bakıda avtomobil yandı - FOTO

Bakıda avtomobil yandı - FOTO
Foto
Hadisə 239

Bakıda minik avtomobili qəfil yanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Mərdanov qardaşları küçəsində dayanmış "99-SA-813 dövlət nömrə nişanlı "Passat Volkswagen" markalı avtomobil arxa hissədən alışaraq yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin yanğının təsirindən onun yanında dayanan digər avtomobilə də ziyan dəyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər