Bakıda avtomobil sərxoş piyadanı vuraraq ayağını sındırıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Deskov Yura Nikolayeviç yüksək sürətli yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən 77-HB-231 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın onu vurub.
Nəticədə piyadanın sağ ayağının topuq sümüyü sınıb.
Qəzadan sonra prospektdə yolda sıxlıq yaranıb.
Yol polisləri nəqliyyatın hərəkətini tənzimləyib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.
Sürücünün izahatı alınıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...