Bakıda avtomobil ağaca çırpılıb, bir ailənin iki üzvü xəsarət alıb - VİDEO

Bakıda avtomobil ağaca çırpılıb, bir ailənin iki üzvü xəsarət alıb - VİDEO
Foto Video
Hadisə 152

Bakının Nizami rayonunda yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, Ceyhun Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə əvvəlcə yol kənarındakı ağaca çırpılıb.

İdarəetmədən çıxan avtomobil səkiyə dəyərək dayanıb.

Qəza nəticəsində “Opel”-də olan C.Ağayevin ailə üzvlərindən iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər