Bakıda ana səhv diaqnoza görə bətnində körpəsini itirib?

Bakıda ana səhv diaqnoza görə bətnində körpəsini itirib?
Foto
Hadisə 100

"Sabunçu rayonu Maştağa qəsəbəsindəki 7 nömrəli doğum evi uşağımın qüsurunu əvvəldən demədi. Nəticədə 7 aylıq körpəm bətnimdə tələf oldu".

BAKU.WS xəbər verir ki, bu şikayətlə qafqazinfo-ya vətəndaş Aygün Paşayeva müraciət edib.

O iddia edib ki, bətnindəki 7 aylıq uşağın doğum zamanının yaxınlaşdığını düşünərək xəstəxanaya müayinəyə gedib, amma həkimlər düzgün diaqnoz qoymayıblar:

"Yoxlanışa getdim, həkim dərman yazdı və heç bir problemin olmadığını bildirdi. Hətta gülərək dedilər ki, uşağın başı bir az böyükdür. Bundan sonra 3 ayrı özəl xəstəxanaya getdim. Orada artıq bildirildi ki, bu uşaq qüsurludur. Əgər, götüzdürməsəniz, problemlər olacaq".

Aygün Paşayeva bundan sonra əvvəldən müalicə aldığı 7 nömrəli doğum evinə yollanıb: "USM həkimi Solmaz Demirçəlova ilə aramızda münaqişə yarandı. Ona görə ki, mənim uşağımda qüsur olduğunu əvvəldən demədilər. 4 gün fərqlə axı necə qüsuru görə bilməzlər? Mən o yoxlanışdan 4 gün sonra digər xəstəxanalarda yoxlanışda olmuşam. Bu necə ola bilər?!

Guya ki, mən aparatı qırmışam. Bütün bu münaqişələrdən sonra TƏBİB-dən məni Respublika Kliniki Tibb Mərkəzinə yönləndirdilər. Bizim də razılığımızla uşaq götüzdürüldü. Nəticədə övladım tələf oldu".

İddialara cavab tapmaq məqsədilə adıçəkilən 7 saylı doğum evinin USM həkimi Solmaz Demirçəlova ilə əlaqə saxladıq. Həkimin sözlərinə görə, o, anaya əvvəlcədən problemin olduğunu desə də, A.Paşayeva buna məhəl qoymayıb:

"İddiaların hamısı əsassızdır. Məsələ o vaxtdan bəri təhlil olunub və bağlanıb. O xanım uzun müddət Türkiyədə yaşayıb, orada da dəfələrlə USM-dən keçib. Öz həkimi Kəmalə xanım olub. Xanımda pis vərdişlər var idi. Gələndə dedim ki, uşağın başı "limon" şəklindədir. Beyin strukturunda hər şey qaydasındadır, amma yenə də ona bildirdim ki, 4B aparatından yoxlanışdan keçin. Mən onun üçün başqa həkimlə danışdım ki, gedib yoxlatdırsın, getmədi. Başqa özəl klinikada da mənim kimi eyni diaqnozu qoyublar.

Yəni, uşaqda "limon" sindromu varsa, doğuş sonlandırıla bilər. Mən ona nə qədər desəm də, həmin yoxlanışa girmədi. Onun ailə problemləri də var idi, uşağı dünyaya gətirməmək üçün min yola əl atdı. Mənim otağımı çox pis günə qoydu. Otağımdakı aparatları, texnikaları sındırdı, maddi ziyan vurdu. Bununla bağlı polisə də müraciət etdim və söhbət bağlandı".

Oxşar xəbərlər

Gəncədə yol qəzası olub, ölən var

Gəncədə yol qəzası olub, ölən var

Gəncədə ölümlə nəticələnən ağır avtomobil qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin çıxışında qeydə alınıb. Belə ki, "Opel" markal...

52 Hadisə 19:08 02 yanvar 2025

Son xəbərlər