Bakıda "Tantuni" sahibi tut ağacını kəsib yerində obyekt tikmək istədi - YENİLƏNİB - FOTO

Bakıda Tantuni sahibi tut ağacını kəsib yerində obyekt tikmək istədi - YENİLƏNİB - FOTO
Foto
Hadisə 788

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 233 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və tut ağacının kəsildiyi faktı təsdiqini tapıb.

Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacın sözügedən ərazidəki "Tantuni" adlı obyektin sahibi tərəfindən kəsildiyi müəyyən edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

***10:20

Ağa Nemətulla küçəsində ganunsuz tikintiyə cəhd aşkarlanmışdır.

Bu barədə BAKU.WS-ə Nərimanov RİH-dən bildirilib.

Qeyd olunub ki, hazırda ərazidə söküntü işləri aparılır.

Bakıda

Bakıda

***09:59

Bakının daha bir ərazisində ağacları kəsərək yerində tikinti işləri aparılır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Nərimanov rayonunda, Ağa Nemətulla küçəsi 235b ünvanında qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, ağacları kəsib yerində kafe tikilir:

"Nərimanov rayonu ərazisində ağacları kəsərək növbəti pivəxana tikirlər. Hadisə ilə bağlı polisə məlumat vermişik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tut ağacını kəsən qadın cəzalandırılıb

Tut ağacını kəsən qadın cəzalandırılıb

Göyçay rayonunda tut ağacını kəsən qadın cəzalandırılıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, Göyçay şəhəri, Mehdi...

125 Hadisə 18:12 14 iyul 2023

Son xəbərlər