Bakıda 73 min manatlıq oğurluq olub

04
fev
2023
14:13
Bakının Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi hadisə
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb. BAKU.WS xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Yasamal ray...
