Bakıda 44 yaşlı qadın qaçırıldı - SAXLANILAN VAR
Xəzər rayonunda 44 yaşlı qadını qaçıran şəxs tutulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, mayın 19-da Xəzər rayonu Şüvəlan qəsəbəsində bir qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 44 yaşlı qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər ver...