Bakıda 31 yaşlı kişi etil spirti içib öldü

Bakıda 31 yaşlı kişi etil spirti içib öldü
Hadisə 286

Bakıda orta yaşlı kişi spirtdən zəhərlənib.

BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 2, ev 4-də yaşayan 1989-cu il təvəllüdlü Xələfov Asif Aydın oğlu yaşadığı evdə spirtdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib və orada ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, A.Xələfov spirtli içki aludəçisi olub. Araşdırmalar zamanı onun etil spirti içərək zəhərləndiyi məlum olub. Meyit müayinə olunarkən onun qan analizlərindən "metanol" adlı zəhərli maddə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda saxta içkidən daha bir zəhərlənmə: Səkkizinci qurban xəstəxanaya yerləşdirildi

Bakıda saxta içkidən daha bir zəhərlənmə: Səkkizinci qurban xəstəxanaya yerləşdirildi

Metanolun səkkizinci qurbanı Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, dekabrın 28-i saat 17:50-də 23 yaşlı...

1310 Hadisə 18:23 29 dekabr 2019

Son xəbərlər