Bakıda 3 maşın toqquşub, xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesində baş verib.
Belə ki, “Niva” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Avtomobil əvvəlcə yol kənarında dayanan gül dükanına məxsus “Fiat” markalı maşına çırpılıb.
Daha sonra idarəetmədən çıxan “Niva” hərəkətsiz vəziyyətdə dayanan “Nissan” markalı avtomobilə dəyib.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisəyə hüquqi qiymət verilməsi üçün avtotexniki ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...