Bakıda 29 yaşlı oğlanı öldürən şəxs xalası oğlu imiş - TƏFƏRRÜAT + FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qohumu tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS “unikal”a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Məlumata görə, qətlə yetirilən Etibar Fətəliyev Yusif İsmayılovun xalası oğlu olub. 1995-ci il təvəllüdlü Etibar Zərdab rayonunun Pərvanlı kənd sakinidir.
Qeyd edək ki, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...