Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət etdi
Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisindəki marketdə baş verib. 2004-cü il təvəllüdlü İsrail Məmmədov (soyad şərtidir) Xəzər rayonu ərazisində fəaliyyət göstərən Səadət adlı xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri yaranıb.
İsrail hər gün marketə gələrək, sevgilisinin iş vaxtının bitməsini gözləyib, daha sonra isə xanımı evlərinə ötürüb. Mağaza rəhbəri də onu Səadətin sevgilisi kimi tanıdığı üçün marketdə dayanmasına etiraz etməyib.
Heç bir yerdə işləməyən İsrail bir gün mağazadan siqaret oğurlamaq qərarına gəlib. Bu məqsədlə o, sevgilisinin yanında olarkən vitrindən bir qutu siqaret oğurlayır. Bir neçə gündən sonra İsrail yenidən vitrindən iki blok siqaret oğurlayıb. Bu üsulla o, hər gün mağazadan bir neçə blok siqareti götürərək məhəllələrindəki marketə mayasından ucuz qiymətə satıb.
Hadisədən bir ay sonra isə o, mağaza müdirinin otaqda olmadığını görüb, həmin otağa daxil olub. O, mağaza müdirinin stolundan seyfin açarını götürərək, içərisində olan bir neçə blok siqaret oğurlayıb. Təxminən iki ay ərzində o mağazadan 3600 manatlıq siqaret oğurlayıb məhəllələrindəki marketə 800 manata satıb.
Bir gün mağazada aparılan yoxlama zamanı müdirin 3600 manatlıq kəsiri aşkarlanıb. Mağaza müdiri marketin kamerasına baxış keçirərkən məlum olub ki, obyektdən oğurluq edən şəxs İsraildir. O, İsrail və onun sevgilisini çağıraraq hadisəni danışıb. İsrail kamera görüntüsündən sonra hadisəni etiraf etsə də, dəymiş ziyanı ödəməyə imkanı olmadığını bildirib. Mağaza müdiri məsələ ilə bağlı polisə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə İ.Məmmədov iki il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Sumqayıtda zəncirvari QƏZA: Səkkiz maşın toqquşdu
Sumqayıtda səkkiz maşın toqquşub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Əraziyə dərhal hüquq-müha...