Bakıda 20 yaşlı gənc parkda dava zamanı bıçaqlanıb
16
apr
2023
10:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda olub.
Belə ki, 2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən mübahisə edib.
Mübahisə davaya çevrilib. Dava zamanı K.Əsgərov bıçaqlanaraq ağır xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...