Bakıda 11 azyaşlının dini yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu, Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs həbs olunub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib.
Oxşar xəbərlər
Bakıda rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib
Bakıda rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, “Dini etiqad azadlığı...