Bakı-Sumqayıt yolunda qəza: Yük avtomobili yararsız vəziyyətə düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə “Shacman” markalı yük avtomobilinin tamamilə yararsız hala düşməsi əks olunub.
Ehtimallara görə, Bakıdan Sumqayıt istiqamətində hərəkətdə olan zaman “Shacman”ın sürücüsü idarəetməni itirərək əvvəlcə yolayrıcı bardürə çırpılıb və qarşı yola düşüb. Daha sonra yük avtomobili qarşı tərəfdəki yolun kənarında olan beton səddə çırpılıb.
Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Yağışlı havada Bakıda baş verən qəzalar - VİDEO
Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avt...