Bakı Sumqayıt yolunda ağır qəza - xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhərinə düşən hissəsində qeydə alınıb.
Həsənəli Şamxal Həsən oğlu idarə etdiyi “Geely” markalı nəqliyyat vasitəsilə Xırdalan qəbiristanlığının beton plitəsinə çırpılıb. Nəticədə sürücü Ş.Həsənəli və sərnişin xəsarət alıb.
Sürücünün APA-ya verdiyi məlumata görə, hərəkətdə olan zaman naməlum markalı avtomobil onun nəqliyyat vasitəsini vuraraq ərazidən uzaqlaşıb.
Baş dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb ediliblər. Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 15 yaşlı oğlandan azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və...
Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az” say...