Bakı sakini avtomobillə vurduğu qadını öz qohumunun evinə aparıb...
07
noy
2019
18:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Elyanə Məmişova Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, sürücü xəsarət almış piyadanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb. Lakin təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova ölüb.Xızı rayonunun Giləzi kəndi ərazisində isə yolu keçən rayon sakini Ceyhun Abbasov Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hökməlidə avtobus piyadanı vurub öldürdü
Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 3-də saat 12...