Bakı-Quba yolunda ağır nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shaqman"a çırpılıb.
Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daha dörd nəfər - Fidan Məmmədova (2015), Nigar Məmmədova (1995), Nərmin Quliyeva (2008), Ahu Quliyeva (2013) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Özünü polis kimi təqdim etdi, 11 yaşlı qızı çöllüyə apardı: “Qatarın işığı düşdüyündən qorxdum ki...”
Azərbaycanda 1999-cu il təvəllüdlü Paşa yetkinlik yaşına çatmayan Fidana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS teleqraf...