Mikroavtobus yük maşını ilə toqquşdu: Ölən və xəsarət alanlar var - ADLAR - YENİLƏNİB
Göygöldə baş verən qəzada xəsarət alanların kimlikləri bilinib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, xəsarət alanların adları aşağıdakı kimidir:
Vüsal Babayev (1985);
Xalidə İsayeva (1965);
Xudayar Musayev (1972);
Anar Qasımov (1993);
Elşanə Musalı (2004).
TƏBİB-dən bildirilib ki, baş verən qəzada xəsarət alan 2 nəfər (1 nəfər qadın cinsli, 1 nəfər kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.“Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. 1965-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır, 1985-ci il təvəllüdlü şəxsin (kişi cinsli) isə vəziyyəti stabildir”, - deyə qeyd edilib.
***09:00
Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus QAZ-53 markalı kiçiktutumlu yük maşını ilə toqquşub.
Hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta ağır və ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb - FOTO/VİDEO -YENİLƏNİB
Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar oktyabrın 23-də saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi ya...