Bakı polisindən Ruslan Nəsirlinin həyatına sui-qəsdlə bağlı AÇIQLAMA

Bakı polisindən Ruslan Nəsirlinin həyatına sui-qəsdlə bağlı AÇIQLAMA
Hadisə 288

Vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində onun həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, qəsd etməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər