Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Olimpiya Stadionu (BOS) oktyabrın 29-da Türkiyə bayrağı ilə işıqlandırılacaq.
BOS-dan BAKU.WS-ə verilən məlumata görə, bu addım Türkiyə Cümhuriyyətinin yaranması günü münasibətilə atılacaq.
“Osmanlı İmperiyasının süqutundan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə müttəfiq qüvvələrə qarşı haqq savaşı vermiş və qalib gəlmiş qardaş ölkə 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Cümhuriyyət elan edilib. 98 yaşını qeyd edən qardaş ölkənin xalqını təbrik etmək və sevincinə şərik olmaq məqsədi ilə stadionun fasadı oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin bayrağı şəklində işıqlandırılacaq”, - BOS-dan bildirilib.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...