"Bakı Metropoliteni" “28 May” stansiyasında baş verən tüstülənmənin səbəbini açıqlayıb

"Bakı Metropoliteni" QSC bu gün metronun “28 May” stansiyasında baş verən tüstülənmənin səbəbini açıqlayıb.
QSC-dən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, metronun “28 May” stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib:
"Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.
Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb.
Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub".
Qeyd olunub ki, hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir.
Oxşar xəbərlər
Bakı metrosunda qatarların hərəkəti bərpa olundu - YENİLƏNİB - VİDEO
“Bakı Metropoliteni”nin “Xətai”-“Cəfər Cabbarlı” xəttində qatarların hərəkəti bərpa edilib. Bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib. ***16:12 Bu gün...
